Dünya futbolu
“Çelsi” baş məşqçisi ilə bağlı qərar verdi

25.03.2026 | 10:00
"Çelsi” rəhbərliyi “zadəganlar”ın baş məşqçisi, ingiltərəli mütəxəssis Liam Rosenyorun gələcəyi ilə bağlı müəyyənlik hasil edib.
Sports.az xəbər verir ki, London klubu Rosenyorla əməkdaşlığını növbəti mövsümdə də davam etdirmək niyyətindədir.
Rosenyorun “Çelsi” ilə müqaviləsinin müddəti 2032-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Amma bildirilir ki, London klubunun rəhbərliyi 2027-ci ilin yayına qədər müddət ərzində Rosenyorun iş fəaliyyətini zahirən təhlil etmək niyyətində deyil. Klubda mütəxəssisə inam olduğu vurğulanır.
Son xəbərlər





























