Dünya futbolu
“Yuventus”un yay transfer pəncərəsi üçün iki əsas planı

25.03.2026 | 11:20
“Yuventus” rəhbərliyi qarşıdakı yay transfer pəncərəsinə iki plan tərtib edib.
Sports.az xəbər verir ki, “A” planı “Qoca Sinoyra”nın, Çempionlar Liqasının növbəti mövsümünə vəsiqə qazanacağı halda fəaliyyətini ehtiva edir.
“B” planı isə “byankoneri”nin mötəbər yarışdan kənarda qalacağı halda fəaliyyətini əks etdirir.
“Yuventuts” Çempionlar Liqasına qatılarsa, klub rəhbərliyi “A” planı üzrə heyəti genişmiqyasılı əsasda qüvvətləndirəcək. Əks halda, “B” planına müvafiq olaraq, Turin klubu kiçik keçidlərlə kifayətlənəcək.
Son xəbərlər





























