Dünya futbolu
Kolin Kazım Riçards baş məşqçi təyin edildi

25.03.2026 | 18:30
Türkiyə millisinin sabiq futbolçusu Kolin Kazım Riçards İngiltərənin "Krouli Taun" komandasına rəhbərlik edəcək.
Sports.az klubun rəsmi saytına istinadən xəbər verir ki, mütəxəssislə 2025/2026 mövsümünün sonuna qədər müqavilə imzalanıb.
O, bu təyinata qədər "Arsenal"ın gənclərdən ibarət komandasında məşqçi kimi fəaliyyət göstərib. Bu, 39 yaşlı sabiq futbolçunun baş məşqçi kimi ilk işi olacaq.
Riçards karyerası ərzində Türkiyənin "Fənərbağça", "Qalatasaray", Niderlandın "Feyenoord" və Şotlandiyanın "Seltik" kimi klublarında forma geyinib. O, Türkiyə yığmasında 37 oyun keçirib. İngiltərənin səviyyəcə 2-ci Liqasında mübarizə aparan "Krouli Taun" 31 xalla 21-ci sırada qərarlaşıb.
Son xəbərlər





























