Dünya futbolu
Laportanın satın almağı xəyal etdiyi ulduz məlum oldu

27.03.2026 | 15:00
“Barselona”nın prezidenti Joan Laporta yayda “blauqrana”nın heyətini ulduz futbolçu ilə gücləndirmək niyyətindədir.
Sports.az xəbər verir ki, Laportanın hansı ulduzu satın almağı xəyal etdiyi məlum olub.
Bildirilir ki, Laporta Madrid “Atletiko”sunun argentinalı ulduzu, mərkəz hücumçusu Xulian Alvaresin xidmətində maraqlıdır.
Vurğulanır ki, keçid baş tuta bilər, amma Kataloniya nəhəngi xeyli xərc çəkməlidir. Hazırda isə “Barselona”nın maliyyə imkanlarının məhdud olduğu məlumdur.
Son xəbərlər





























