Dünya futbolu
“Milan” “Yuventus”un hücumçusuna göz dikib

30.03.2026 | 19:40
Məlum olduğu kimi, “Yuventus” rəhbərliyi “byankoneri”nin serb mərkəz hücumçusu Duşan Vlahoviçlə cari mövsümün sonunda başa çatacaq müqaviləsinin müddətini uzatmağa – yeni müqavilə mövzusunda razılıq əldə etməyə yaxındır.
Sports.az xəbər verir ki, müvafiq mənzərədə “Milan” futbolçuya, “Qoca Sinoyra”nın Vlahoviçə təklif etdiyi maaş qədər əməkhaqqı – mövsümə 7 milyon avro məbləğində ödəniş təklif edir.
Üstəlik “Milan” daha əvvəl təklif etdiyi müqavilənin müddətini 2 ildən 3 ilə artırıb.
Vurğulanır ki, indi son söz Valhoviçindir.
Son xəbərlər





























