Dünya futbolu
İngilislər VAR-a qarşıdır

30.03.2026 | 19:20
İngiltərə və Uelsdən olan Futbol Azarkeşləri Assosiasiyası (FSA) VAR tətbiqi ilə bağlı sorğu keçirib.
Sports.az “Sky Sports”a istinadən xəbər verir ki, sorğuda iştirak edən azarkeşlərin 76 faizi VAR-ın ləğvini dəstəkləyir.
Sorğuda Premyer Liqa klublarının azarkeşlərindən VAR haqqında ümumi təəssüratları, sistemdəki müxtəlif dəyişikliklər və video-hakimlərin səlahiyyətlərinin genişləndirilməsinə münasibətləri ilə bağlı 15 suala cavab vermələri istənilib.
Azarkeşlər VAR-ın daha sürətli və ya daha dəqiq olduğuna inanmırlar. Sorğuda iştirak edənlərin yalnız 3,4 faizi VAR-ın oyuna müsbət təsir etdiyinə inanır.
Son xəbərlər





























