Dünya futbolu
Millinin baş məşqçisi vəzifəsindən uzaqlaşdırıldı

31.03.2026 | 11:40
Qana millisinin baş məşqçisi Otto Addo istefaya göndərilib.
Sports.az xəbər verir ki, 50 yaşlı mütəxəssislə ayrılıq qərarına səbəb yığmanın mart ayındakı uğursuz çıxışı olub.
Belə ki, qanalılar yoldaşlıq görüşlərində Avstriyaya 1:5, Almaniyaya isə 1:2 hesabı ilə məğlub olublar. Ümumilikdə isə komanda ardıcıl dörd oyundur məğlubiyyətlə üzləşir.
Qeyd edək ki, 2024-cü ilin martından komandaya rəhbərlik edən Addo gələn il keçiriləcək dünya çempionatına 10 həftə qalmış işini itirib. Qana millisi ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi DÇ-2026-nın qrup mərhələsində Xorvatiya, İngiltərə və Panama ilə qarşılaşacaq.
Son xəbərlər





























