"Neftçi" Çingiz Abdullayev yazdığı kimi oynasa... 

"Neftçi" bu axşam Vyanada UEFA Konfrans Liqasının pley-offuna yüksəlmək uğrunda çox ağır mücadiləyə çıxacaq. Klubun Müşahidə Şurasının sədri yazıçı Çingiz Abdullayevdir. 
Çingiz Abdullayev necə əsər yazırsa, komandamız da o cür oynasa, demək, "Neftçi"dən Vyanada uğur gözləməyə dəyməz, əsas bundan narahatam. 

Komandamız evdə 2:1 hesabı ilə qalib gəlib və məqsədinə çatmaq üçün bu üstünlüyü qorumağı kifayətdir. Amma rəqib çox güclüdür. Adı gələndə adam bir az vahimələnir. "Rapid" təkcə Avstriyanın yox, Avropanın ən köklü klublarındandır. Özü də 6 ildir avrokuboklarda bu mərhələdə evdə məğlub olmur. Bukmekerlər də "Neftçi"nin Bakıda qalib gəlməsinə baxmayaraq, mərhələ keçəcəyinə inanmır. Amma onlar heç Bakıdakı oyunda da "Neftçi"nin nəinki qələbəsinə, heç-heçəsinə də inanmırdılar. 

Məncə, futbolumuzun flaqmanı Bakıda göstərdiyi oyunun 50 faizini Avstriyada göstərə bilsə, mərhələ keçəcək. Həm də, nəzərə alaq ki, "ağ-qaralar" rumıniyalı baş məşqçinin gəlişindən sonra oyundan oyuna artırır və daha güclü futbol ortaya qoyur. Bu templə davam etsə, axşam "Neftçi"dən Bakıdakından da yaxşı oyun gözləyə bilərik. Və əgər bu baş versə, o zaman mərhələ keçəcəyimiz şübhə doğura bilməz. 

Dünən Sports.az-da oxudum ki, Rumıniyanın güclü klublarından birinin prezidenti Regekampfı ölkəsinin ən yaxşı məşqçisi adlandırıb. Düzü, biz onun gəlişindən sonra "Neftçi"nin oyunundakı müsbət dəyişikliyi görürük və bu fikrin əsassız olmadığına inam yaranır. 

"Rapid" Avropanın ən köklü klublarından olsa da, 6 il Avropadakı rəqiblərinə evdə məğlub olmasa da, onun Bakıda göstərdiyi futbol bu klubun adından qorxmaq üçün heç bir əsasın olmadığını göstərir. "Rapid"in Bakıdakı oyununa baxandan sonra rahatlıqla fikirləşmək olar ki, "Neftçi" evdə 2:1 yox, daha böyük hesablı qələbəyə layiq idi və buna nail ola bilərdi. Bütün hallarda mıa şükür, mıa da şükür! Davamını Avstriyada gözləyirəm. 

Deyim ki, "Neftçi" "Rapid"ə uduzsa da, faciə olmayacaq. Çünki 6 il bu mərhələdə uduzmayan komandanın seriyasını qırmaq anlaşılan o qədər də asan məsələ deyil. Əlbəttə, Regenin komandası böyük təzyiq qarşısında davam gətirsə, möhtəşəm olacaq. 

Son xəbərlər
“Samsunspor” “Rayo Valyekano”ya ilk oyunda uduzdu
“Aston Villa”dan qələbə, Almaniya klublarından məğlubiyyət
Qazaxda ilk çempionlar müəyyənləşdi
Günay Qurbanova yenidən Avropa çempionu oldu
Azərbaycan çempionatında daha 7 çəkidə finalçılar bəlli oldu
Çempionlar Liqasında həftənin ən yaxşısı məlum oldu
Ruzanna Avropa çempionatının finalında
Arbeloa “Mançester Siti”ni keçə bilməsə…
“Karvan-Yevlax”ın 3 legioneri milli komandalara çağırıldı
“Səbail” “Mingəçevir”i məğlub etdi
Hücumçusu “Mançester Siti” ilə yeni müqaviləyə təkid edir
“Ordu” “Sumqayıt”ı, “Naxçıvan” “Sərhdəçi”ni məğlub etdi
Xüsusi Olimpiya Komitəsi və ACF arasında əməkdaşlıq memorandumu imzalandı
“Yuventus” “Tottenhem”in müdafiəçi ilə maraqlanır
“Neftçi” və “Araz-Naxçıvan”dan qələbə
“Abşeron”la “Turan”dan qələbə
“Mançester Siti”nin kapitanı “Yuventus”a qoşula bilər
“Şəfa”da yeni təyinat
Yığmamız Belçikaya böyük hesabla məğlub oldu
Florentino Peres “Mançester Siti”nin ulduzunu Real”da görmək istəyir
Voleybol üzrə Yüksək Liqada pley-off oyunlarının vaxtı müəyyənləşib
“Zirə” – “Qarabağ” matçının hakim təyinatları açıqlandı
“İnter” hücumçusunu satmağa məcbur ola bilər
19 cüdoçumuz üçün Varşava sınağı
Stolüstü tennisçilər Berlin turnirində medal qazandı
“Real”ın qapıçısı A Seriyasına yollana bilər
Azərbaycan boksçuları Budvadan medalla başa qayıdır
Formula 1: Azərbaycan qran-prisi üçün marşal qeydiyyatı başladı
“Yuventus” “Tottenhem”in qapıçısından imtina edə bilər
“Arsenal” “Real”ın müdafiəçisinə göz dikdi
DAHA ÇOX

Ən çox oxunanlar