Zaur Əzizovdan gözləntilər... 

Zaur Əzizovdan gözləntilər... 

"Neftçi"nin idman direktoru Zaur Əzizovun 38 yaşı var. Futbolda çalışdığı dönəmdə ölkə çempionluğunu, 3 dəfə ölkə kubokunu, 1 dəfə "Birlik Kuboku"nu, 2 dəfə UEFA turnirlərində qrup mərhələsində iştirak hüququnu qazanıb.

"Neftçi"yə təyin olunanda "klubun son illərdə ən yaxşı transferidi" yazmışdım. Təyinatdan 7 ay keçib və düşünürəm ki, gənc idman direktoru bu sözləri doğruldub.

"Neftçi" kimi çətin, daim maneələrlə, təzyiqlə qarşılaşdığın bir yerdə qısa müddətdə bunu bacarmaq hər oğulun işi deyil.

Bu mövsüm rəsmi matçlarda "ağ-qaralar" 11 qol vurub. Bunlardan 8-i yeni transferlərin - 3-ü Kenni Sayefin, 2-si Qodsvey Donyonun, 3-ü isə Ataa Caber, Solomon Kverkveliya və Yeqor Boqomolskinin payına düşür.

Qol vurmayan yeganə legioner Vato Arveladze isə 1 həftədir gəlib. Dünənki oyunun son dəqiqələrində yeni komandasında debüt etdi və dərhal "Neftçi"nin əsas heyətində oynayacaq potensialı, ustalığı göründü. Sadəcə, lazımi formaya düşməsi, komandaya uyğunlaşması üçün az da olsa, vaxta ehtiyacı var. Məşhur Arveladze nəslinin davamçısının "flaqman"da qollarını, məhsuldar ötürmələrini hələ çox görəcəyik.

Zaur Əzizovun gördüyü iş ortadadı. "Rapid"lə cavab oyununda futbolçular qələbəyə inansaydı, özlərinə əmin olsaydı, bir az da bəxt üzümüzə gülsəydi, indi hamı əla əhval-ruhiyyədə idi.

Amma istənilən halda Zaur Əzizovun dəqiq transferləri "Neftçi" də daxil olmaqla illərdir bu işdə uğursuzluğa düçar olan bir çox klubumuz üçün örnək sayıla bilər. 

Əzizov "Qəbələ"dəki fəaliyyəti dövründə də özündən söz etdirməyi bacarmışdı. Onun dövründə "Qəbələ" heç kimin gözləmədiyi halda kiçik büdcəylə Avropada səs sala bildi.

Amma "Neftçi" "Qəbələ" deyil. Yuxarıda dediyim kimi, həm burda işləmək çətindi, həm də gözləntilər həddindən artıq çoxdu.

İndi də klub azarkeşlərinin, idman mediasının, hər kəsin anlamadığı aşağı keyfiyyətli legionerlər və yerli oyunçular var ki, onları göndərib yeni transferlər etmək zamanıdı.

Məsələn, Pato, Mboc, adını çəkmədiyim bir çox başqa futbolçular nəinki çempionluq iddiasında olan klubda, bəlkə də heç Premyer Liqada oynayacaq səviyyədə deyil. Onlara verilən pulla isə daha keyfiyyətli futbolçular gətirib "Qarabağ" və "Sabah"la çempionluq mübarizəsinə daha ciddi qoşulmaq olar.

"Neftçi" azarkeşləri bunu səbrsizliklə gözləyir və yay transfer dönəmi bitməmiş operativ addımlar atmaq lazımdı. Əks təqdirdə, mövsümün sonrakı hissəsindəki peşmanlıq fayda verməyəcək...

Son xəbərlər
“Aston Villa”dan qələbə, Almaniya klublarından məğlubiyyət
Qazaxda ilk çempionlar müəyyənləşdi
Günay Qurbanova yenidən Avropa çempionu oldu
Azərbaycan çempionatında daha 7 çəkidə finalçılar bəlli oldu
Çempionlar Liqasında həftənin ən yaxşısı məlum oldu
Ruzanna Avropa çempionatının finalında
Arbeloa “Mançester Siti”ni keçə bilməsə…
“Karvan-Yevlax”ın 3 legioneri milli komandalara çağırıldı
“Səbail” “Mingəçevir”i məğlub etdi
Hücumçusu “Mançester Siti” ilə yeni müqaviləyə təkid edir
“Ordu” “Sumqayıt”ı, “Naxçıvan” “Sərhdəçi”ni məğlub etdi
Xüsusi Olimpiya Komitəsi və ACF arasında əməkdaşlıq memorandumu imzalandı
“Yuventus” “Tottenhem”in müdafiəçi ilə maraqlanır
“Neftçi” və “Araz-Naxçıvan”dan qələbə
“Abşeron”la “Turan”dan qələbə
“Mançester Siti”nin kapitanı “Yuventus”a qoşula bilər
“Şəfa”da yeni təyinat
Yığmamız Belçikaya böyük hesabla məğlub oldu
Florentino Peres “Mançester Siti”nin ulduzunu Real”da görmək istəyir
Voleybol üzrə Yüksək Liqada pley-off oyunlarının vaxtı müəyyənləşib
“Zirə” – “Qarabağ” matçının hakim təyinatları açıqlandı
“İnter” hücumçusunu satmağa məcbur ola bilər
19 cüdoçumuz üçün Varşava sınağı
Stolüstü tennisçilər Berlin turnirində medal qazandı
“Real”ın qapıçısı A Seriyasına yollana bilər
Azərbaycan boksçuları Budvadan medalla başa qayıdır
Formula 1: Azərbaycan qran-prisi üçün marşal qeydiyyatı başladı
“Yuventus” “Tottenhem”in qapıçısından imtina edə bilər
“Arsenal” “Real”ın müdafiəçisinə göz dikdi
Yarımmüdafiəçisi “Liverpul”dan ayrılmaq istəyir
DAHA ÇOX

Ən çox oxunanlar