Futbol
Spaletti İtaliya millisini çalışdıra bilər

14.08.2023 | 18:23
“Napoli”nin sabiq baş məşqçisi Luçano Spaletti İtaliya millisi çalışdırmağa əsas namizəddir.
Sports.az xəbər verir ki, İtaliya Futbol Federasiyasının (FIGC) rəhbərliyi namizədlər arasında üstünlüyü Spalettiyə verir. 64 yaşlı mütəxəssislə 2026-cı ilə qədər müqavilə imzalana bilər.
Xatırladaq ki, ötən gün Roberto Mançini İtaliya millisindən ayrıldığını açıqlayıb.