Futbol
De Xea karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər

14.08.2023 | 19:32
“Mançester Yunayted”dən ayrılan David De Xea karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Sports.az xəbər verir ki, ispaniyalı qolkiperlə “Əl-Nəsr” maraqlanır. 32 yaşlı futbolçunun artıq sözügedən klubdan rəsmi təklif aldığı bildirilir.
Qeyd edək ki, De Xeanın “Bayern Münhen”dən də təklif aldığı haqda məlumatlar yayılıb.