Qələbəyə inanaq!

Qələbəyə inanaq!

"Qarabağ" 14.080.000 avro büdcə ilə Çempionlar Liqasının pley-off mərhələsinin iştirakçıları arasında ən az heyət dəyərinə malik klubdur.

Bu gün Plzendə üz-üzə gələcəyimiz "Viktoriya" da 24.550.000 avro büdcə ilə bu siyahının alt sıralarındadı.

Maraqlıdır ki, "Qarabağ"ın bu mövsüm ÇL-dən kənarlaşdırdığı hər 3 klub Çexiya təmsilçisindən daha böyük büdcəlidi. "Lex" 32, "Ferentsvaroş" 36, "Sürix" isə 43 milyon avroluq heyətə sahibdir. Amma meydanda hər şeyi pul həll etmir. “Qarabağ” artıq bunu dəfələrlə göstərib.

“Kasıb” "Viktoriya"nın "Sürix", "Ferentsvaroş" və "Lex"lə müqayisədə çempionumuza qarşı daha güclü oyunu da bunun növbəti sübutudu.

ÇL-də bundan öncəki 3 rəqiblə qarşılaşmalarda olduğu kimi, bukmekerlər də "Qarabağ"ın növbəti mərhələyə çıxmaq şanslarına bədbin yanaşırlar. Amma bütün bunlar çox da önəmli deyil. Hər şey bu axşam, 12 minə yaxın azarkeşin gözü önündə "Dusan Arena"da həll olunacaq.

"Viktoriya" daha öncəki rəqibləri - "Şerif" və HJK ilə matçlarla müqayisədə "Qarabağ"a qarşı Bakıda çox yaxşı oynadı. Finlər və moldovalılar qədər bizə də qol şansı versəydilər, böyükhesablı qələbə qazanardıq. Qapıçı Jindrix Stanekin fantastik oyununu da qeyd etməmək olmaz. "Viktoriya"nın ən bahalı və keyfiyyətli oyunçusu da məhz Stanekdi. Amma o da çox da şişirdiləcək qapıçı deyil...

..."Viktoriya" "Qarabağ"la Bakıdakı oyuna qədər ardıcıl 5 matçda qapısında qol görüb. Klub cari ÇL-də "Qarabağ"la görüşə qədər cəmi 1 dəfə qapısının toxunulmazlığını qoruya bilib. Yəni, Stanek və "Viktoriya"nın müdafiəsi keçilməz deyil. Üstəlik, bu xəttin lideri və komandanın kapitanı Lukaş Heyda cəzalı olduğu üçün axşamkı oyunu buraxacaq.

Əminəm, Qurban Qurbanov, köməkçiləri, futbolçularımız bu mövsüm "Viktoriya" ilə qarşılaşan bütün klublar kimi, bu qapıçının da, müdafiə xəttinin də zəif nöqtələrini tapıblar.

Məsələn, həmin "Şerif" çexlərlə hər iki matçda penaltidən fərqlənib. Demək ki, plzenlilərin müdafiə xəttində ən azı bu cəhətdən problem var və ən pis halda penalti qazanıb, qol vura bilərik. Əlbəttə, bütün bunlar aldadıcı ola bilər. Dediyim kimi, hər şey bu gün meydanda həll ediləcək və bukmekerlərdən fərqli, mən hesab edirəm ki, 80-dən artıq ölkədə canlı yayınlanacaq prinsipial mücadilənin sonunda mərhələ keçən tərəf məhz "Qarabağ" olacaq. Bunun üçün kifayət qədər əsas var. 

"Qarabağ" indiyədək avrokuboklarda 5 dəfə ilk qarşılaşmanı evdə heç-heçə bitirib və bütün hallarda səfərdə mərhələni keçməyi bacarıb! Yetər ki "Qarabağ"ın futbolçuları indiyəqədərki özünəinamı qorusun və Sürixdəki, Budapeştdəki kimi istəkli, güvən verən futbol oynasın, həyəcanlanmasınlar, özlərinə əminliyi itirməsinlər. Bunun acı nəticəsini "Neftçi"nin timsalında Vyanada gördük. Futbolçularımızın azacıq özgüvəni olsaydı, mərhələ keçəcəklərinə inansaydılar, yüzfaizlik qol epizodlarından ən azı birini istifadə edib, istəklərinə çatmışdılar. 

Məncə, Avstriyada istifadə olunmayan qol epizodlarının futbolçularımızın ustalığı ilə heç bir əlaqəsi yoxdu. Sırf psixoloji məqam idi, qələbəyə köklənə, inana bilməmişdilər...

"Qarabağ"ın futbolçuları qələbəyə inansa, bu oyun Budapeştdəkindən də rahat olacaq və qollarımızı vurub, ÇL qrupuna hazırlığa başlayacağıq.

Amma təbii ki, hər şeyə hazır olmaq lazımdı. Hakim ədalətsizliyinə də, ilk qolu buraxmağa da, başqa hansısa xoşagəlməz məqamlara da. Bu, futboldu və "Qarabağ"a qarşı avrokuboklarda çox haqsızlıqlar görmüşük.

Dünyanın ən yaxşı pivə istehsal edən şəhərlərindən birində, “Pilsner Urquell”, “Gambrinus” və başqa tanınmış Plzen brendlərinin məskənində komandamızın və Çexiyada "Qarabağ"a dəstək verəcək azarkeşlərimizin oyundan sonra qələbəni yaxşı qeyd edəcəyi ümidi ilə...

Son xəbərlər
“Qalatasaray”dan qələbə, “Beşiktaş”dan xal itkisi
Kənan çempion, Xetaq ikinci oldu
“Arsenal” qalib gəldi, “Mançester Siti” uduzdu
Robertson “Liverpul”un oyunundakı enişi şərh etdi
“Bayer”dən inamlı qələbə
Amorim Maquayrla yeni mümkün müqaviləyə dair sualı cavabladı
Kapello “İnter”in “Napoli”yə qarşı oyununu qiymətləndirdi
Van Deyk “Liverpul”un son uğursuzluqları ilə bağlı açıqlama verdi
“Gərək hakimlər buna nəzarət etsinlər, belə olmaz” – Qurban Qurbanov
“Real” “Barselona”ya qalib gəldi
Xulian Alvares “Atletiko”da qalacaq
“Qarabağ”a qarşı çəkinmədən mübarizə apardıq” - Ayxan Abbasov
“Bayern” müdafiə xəttini onunla gücləndirmək istəyir
“Qarabağ” xal itirdi, “Neftçi” qalib gəldi
“Neftçi”yə faydalı olmaq üçün gəlmişəm” - Abubakar
“Zenit” “Braqantino”nun yarımmüdafiəçisinə göz dikib
“Qəbələ” “Neftçi”yə belə uduzdu - VİDEO
17 yaşadək cüdoçular arasında region birinciliyinin qalibləri müəyyənləşdi
“Əminəm ki, belə oyunla uğur gələcək”
Neymar karyerasında yeni səhifə açmaq niyyətindədir
“9 oyuna 2 qələbə “Neftçi” üçün azdır” - Samir Abasov
Azərbaycan sablyaçısı Bolqarıstanda bürünc medal qazanıb
Şəkidə UEFA-nın D kateqoriyalı məşqçi kursu başa çatıb
MY “Sportinq”inin yarımmüdafiəçisi ilə maraqlanır
“Şəkidə asanlıqla məğlub olmuruq” - Meriç
Millimizin İslam Həmrəyliyi Oyunlarındakı rəqibləri bəlli oldu
“Komanda hələ tam formalaşmayıb” - Baxşıyev
Asllani “Hoffenhaym”dan ayırla bilər
Yeniyetmə sablyaçılardan Gürcüstanda 4 medal
“Leypsiq” Verneri az qala havayı buraxmağa hazırdır
DAHA ÇOX

Ən çox oxunanlar