Futbol
"Qarabağ"ın Avropa Liqasındakı rəqibləri bilindi

01.09.2023 | 15:35
Monakoda UEFA Avropa Liqasının püşkatma mərasimi keçirilib.
İkinci səbətdə yer alan Azərbaycan çempionu "Qarabağ"ın qrup mərhələsində rəqibləri bilinib.
Sports.az xəbər verir ki, ağdamlılar H qrupunda mübarizə aparacaq.
Komandamız "Bayer Leverkuzen", "Mölde" və "Haken" ilə pley-offa yüksəlmək üçün mücadilə verəcək.