“Qarabağ”ın Çempionlar Liqasındakı əla nəticələrini bilirik"

“Qarabağ”ın Çempionlar Liqasındakı əla nəticələrini bilirik

Avropa Liqasının qrup mərhələsində ilk oyununu sabah “Qarabağ”a qarşı keçirəcək “Frayburq”un kapitanı Kristian Günter İtaliya mətbuatına müsahibə verib. Sports.az saytı xəbər verir ki, karyerası ərzində yalnız Bundesliqa klubunun formasını geyinən 29 yaşlı sol cinah müdafiəçisi bu mövsüm Bundesliqa və Avropa Liqası ilə bağlı hədəflərini açıqlayıb.

O, xüsusən də, avrokuboklarda iddialı olacaqlarını bildirib.

- Ötən mövsüm Bundesliqada 6-cı yeri tutaraq Avropa Liqasında iştirak hüququ qazandınız, cari mövsümə də uğurlu başlamısınız. “Frayburq”u Almaniyanın aparıcı klublarından birinə çevirən qüvvə nədir?
- Bir neçə il əvvəl ən yaxşı oyunçular getdikcə klubu tərk etdilər. Amma indi başqa tələblərimiz var. Klub yeni stadion tikdi, illərdir eyni heyətlə oynayırıq. Niko Şlotterbek Dortmund “Borussiya”sına getdi, əvəzində Mattias Ginter doğma klubuna qayıtdı.

- “Frayburq”un bu mövsüm hədəfləri nələrdir?
- Bu il səliqəli və diqqətli olmaq üçün yaxşı işlər görürük. Üç turnirdə mübarizə aparırıq və çox oyun keçirəcəyik. Bu, bizim üçün yeni təcrübədir. Bundesliqada qalmaq əsas hədəfdir. Bunu nə qədər tez təmin etsək, bir o qədər yaxşıdır. Amma biz Avropa Liqasına da hazırıq. Bundesliqanı layiqincə təmsil etmək istəyirik. Təkcə qrupdakı 6 oyunda yox, mümkünsə daha çox.

- Avropa Liqasının qrupundakı rəqibləriniz barədə nələr bilirsiniz?
- “Olimpiakos”un rəqiblərini qəbul etdiyi Pireydə möhtəşəm atmosferin olması haqda eşitmişəm. Fransız futbolçularımız da “Nant”dakı spesifik ab-havadan danışıblar. Məncə, bu komandalar bərabər səviyyədədir. “Qarabağ”ın Çempionlar Liqasının təsnifat mərhələsindəki əla nəticələrini də bilirik. Bu, komandalar və azarkeşlər üçün maraqlı qrupdur.

- Qrupda ilk oyununuzu sentyabrın 8-də evdə “Qarabağ”a qarşı keçirəcəksiniz. Turnirə tam hazırsınız?
- Əlbəttə, hazırıq. Biz Avropa Liqasına iştirak xatirinə qatılmırıq. İnanıram ki, Avropada baş qəhrəman olacağıq. Bunun üçün ilk oyundan başlayaraq son matça kimi bütün gücümüzlə mübarizə aparacağıq.

- Ötən illə müqayisədə “Frayburq” çox güclənib?
- Müdafiəçi Mattias Ginter və hücumçular Ritsu Doan və Mixael Qreqoritş kimi yeni transferlər dərhal oynadılar. Bəzi zədəli oyunçular tezliklə qayıdacaqlar. Bunu nəzərə alaraq deməliyəm ki, yaxşı vəziyyətdəyik. Ancaq qarşıdakı çətin həftələrdə daha güclü komandaya ehtiyacımız var.

Son xəbərlər
“Samsunspor” “Rayo Valyekano”ya ilk oyunda uduzdu
“Aston Villa”dan qələbə, Almaniya klublarından məğlubiyyət
Qazaxda ilk çempionlar müəyyənləşdi
Günay Qurbanova yenidən Avropa çempionu oldu
Azərbaycan çempionatında daha 7 çəkidə finalçılar bəlli oldu
Çempionlar Liqasında həftənin ən yaxşısı məlum oldu
Ruzanna Avropa çempionatının finalında
Arbeloa “Mançester Siti”ni keçə bilməsə…
“Karvan-Yevlax”ın 3 legioneri milli komandalara çağırıldı
“Səbail” “Mingəçevir”i məğlub etdi
Hücumçusu “Mançester Siti” ilə yeni müqaviləyə təkid edir
“Ordu” “Sumqayıt”ı, “Naxçıvan” “Sərhdəçi”ni məğlub etdi
Xüsusi Olimpiya Komitəsi və ACF arasında əməkdaşlıq memorandumu imzalandı
“Yuventus” “Tottenhem”in müdafiəçi ilə maraqlanır
“Neftçi” və “Araz-Naxçıvan”dan qələbə
“Abşeron”la “Turan”dan qələbə
“Mançester Siti”nin kapitanı “Yuventus”a qoşula bilər
“Şəfa”da yeni təyinat
Yığmamız Belçikaya böyük hesabla məğlub oldu
Florentino Peres “Mançester Siti”nin ulduzunu Real”da görmək istəyir
Voleybol üzrə Yüksək Liqada pley-off oyunlarının vaxtı müəyyənləşib
“Zirə” – “Qarabağ” matçının hakim təyinatları açıqlandı
“İnter” hücumçusunu satmağa məcbur ola bilər
19 cüdoçumuz üçün Varşava sınağı
Stolüstü tennisçilər Berlin turnirində medal qazandı
“Real”ın qapıçısı A Seriyasına yollana bilər
Azərbaycan boksçuları Budvadan medalla başa qayıdır
Formula 1: Azərbaycan qran-prisi üçün marşal qeydiyyatı başladı
“Yuventus” “Tottenhem”in qapıçısından imtina edə bilər
“Arsenal” “Real”ın müdafiəçisinə göz dikdi
DAHA ÇOX

Ən çox oxunanlar