“Sabah”a qarşı qərəzin səbəbi

“Sabah”a qarşı qərəzin səbəbi

“Sabah” ölkədə futbolun inkişafı üçün ən böyük iş görən klubdu. Xüsusən uşaq futbolu adına edilənlər alqışa və təqdirəlayiqdi. 

Futbolumuza yeni adlar bəxş etmək üçün bütün bölgələri gəzib istedadlı uşaqları tapır, Bakıya gətirir, onların inkişafı üçün əllərindən gəlini əsirgəmirlər. Hətta, bəzilərini valideynləri ilə birgə Bakıya gətirmələri, evlə təmin etmələri, paytaxtda iş tapmaqda belə yardımçı olmaları haqda eşitmişəm.

Əlbəttə, hər şey ideal deyil. Məsələn, İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol Məktəbinin ("Köhnə Neftçibaza") rezin meydanlarında məşqlər uşaqları şikəst edir.

Bununla belə, mövcud şərait(sizlik)də klub istedadlı uşaqların itib-batmaması, yetişməsi üçün çox ciddi işlər görür. Ümumiyyətlə, Azərbaycanda uşaq futboluna ən ciddi yanaşan, ən böyük diqqət göstərən klub "Sabah"dı. Bu da futbolumuzun rəhbərlərinin heç vaxt bəyənmədiyi bir məsələdi. "Sabah"a qarşı davamlı ədalətsizliyin kökündə bunun dayandığını düşünməkdən başqa variant qalmır.

Uşaq futbolu üçün ölkədə ən yüksəksəviyyəli şəraiti yaratmış iki klub - "Bakı" və "Qəbələ"nin aqibəti də böyük ehtimalla buna görədi. "Bakı"nın uşaq futbolu üçün yaratdığı möhtəşəm akademiya da, klubun özü də az qala elə beşikdəcə məhv edildi. Buna baxmayaraq, "Bakı" Futbol Akademiyası qısa müddət fəaliyyəti ərzində ölkəmiz üçün Mahir Emreli, Namik Ələskərov, Rəhman Hacıyev və onlarla başqa tanınmış futbolçu yetişdirdi.

"Qəbələ" isə hələ ki, fəaliyyətini davam etdirsə də, əvvəlki əzəmətini çoxdan itirib. Amma indi deyəsən, "səhvlərini anlayıblar". Artıq klubda uşaq futbolunun və akademiyanın fəaliyyəti formal xarakter daşıyır kimi görünür, yaxın vaxtlarda buranın da akademiyası dağıdılsa, təəccüblənmərəm.

"Sabah" yeni yaranıb və rəhbərlik sadəlövhcəsinə bir klubun təməlinin uşaq futbolundan başladığını düşünüb. Və nədənsə futbolumuzdakı gerçəkləri biləndən sonra da bu yola davam edirlər. 

Ötən mövsüm avrokuboklarda oynamaq "Sabah"ın haqqı idi. Əminəm, ən azı "Neftçi", "Qəbələ" və "Zirə"dən daha yaxşı nəticələr göstərəcəkdilər və bəlkə də indi qitə kubokunun qrup mərhələsində idilər. Amma ötən mövsüm Murad Musayevin komandasının haqqı yeyildi.

"Qarabağ"la dünənki oyun isə bir daha göstərdi ki, "Sabah"ın bu strategiyası futbol başbilənlərimizin qəzəbinə tuş gəlib. 

İnqilab Məmmədovla dəstəsinin "Sabah"ın əlindən qələbəni, bəlkə də, çempionluğu alması da sadəcə, hakim səhvləri deyildi. Ağlım kəsəndən futbol izləyirəm, 30 ilə də yaxındır bu sahəni içdən görürəm. Əminliklə deyirəm ki, hakimlər briqadası 1 oyunda 1 komandaya qarşı bu qədər səhvlər edə bilməz!

Bu, sifariş idi! Hakimlər də bu sifarişi peşəkarlıqla, səs-küysüz icra edə, yerinə yetirə bilməlidilər. Bütün ölkədə özlərini də, sifarişi verənləri də "yandırdılar".

"Qarabağ"ın qitə turnirlərində belə hakimlik olsa, komanda təkcə Azərbaycanda yox, Avropada da hər il kubok qazana bilər. "Sabah"a qarşı qərəz və ədalətsizlik isə həm də futbolumuzun sabahını məhvə aparır. Deyəsən, ən böyük istək də budu...

Son xəbərlər
“Aston Villa”dan qələbə, Almaniya klublarından məğlubiyyət
Qazaxda ilk çempionlar müəyyənləşdi
Günay Qurbanova yenidən Avropa çempionu oldu
Azərbaycan çempionatında daha 7 çəkidə finalçılar bəlli oldu
Çempionlar Liqasında həftənin ən yaxşısı məlum oldu
Ruzanna Avropa çempionatının finalında
Arbeloa “Mançester Siti”ni keçə bilməsə…
“Karvan-Yevlax”ın 3 legioneri milli komandalara çağırıldı
“Səbail” “Mingəçevir”i məğlub etdi
Hücumçusu “Mançester Siti” ilə yeni müqaviləyə təkid edir
“Ordu” “Sumqayıt”ı, “Naxçıvan” “Sərhdəçi”ni məğlub etdi
Xüsusi Olimpiya Komitəsi və ACF arasında əməkdaşlıq memorandumu imzalandı
“Yuventus” “Tottenhem”in müdafiəçi ilə maraqlanır
“Neftçi” və “Araz-Naxçıvan”dan qələbə
“Abşeron”la “Turan”dan qələbə
“Mançester Siti”nin kapitanı “Yuventus”a qoşula bilər
“Şəfa”da yeni təyinat
Yığmamız Belçikaya böyük hesabla məğlub oldu
Florentino Peres “Mançester Siti”nin ulduzunu Real”da görmək istəyir
Voleybol üzrə Yüksək Liqada pley-off oyunlarının vaxtı müəyyənləşib
“Zirə” – “Qarabağ” matçının hakim təyinatları açıqlandı
“İnter” hücumçusunu satmağa məcbur ola bilər
19 cüdoçumuz üçün Varşava sınağı
Stolüstü tennisçilər Berlin turnirində medal qazandı
“Real”ın qapıçısı A Seriyasına yollana bilər
Azərbaycan boksçuları Budvadan medalla başa qayıdır
Formula 1: Azərbaycan qran-prisi üçün marşal qeydiyyatı başladı
“Yuventus” “Tottenhem”in qapıçısından imtina edə bilər
“Arsenal” “Real”ın müdafiəçisinə göz dikdi
Yarımmüdafiəçisi “Liverpul”dan ayrılmaq istəyir
DAHA ÇOX

Ən çox oxunanlar