Görülməməsi mümkün olmayan aut... 

Görülməməsi mümkün olmayan aut... 

"Qarabağ" -" Sabah" oyunu çempionatı çalxaladı. Bu matç bir-iki həftəyə yaddan çıxmayacaq, finişə qədər hərtərəfli öz təsirini göstərəcək. 

Oyun baxımından ölkə birinciliyi səviyyəsini aşan görüş oldu. İllərin "Qarabağ"ı bəllidir, qarşılaşmanın məzmunlu alınmasının səbəbkarı "Sabah", daha doğrusu, baş məşqçilərinin ortaya qoyduğu keyfiyyətdir.

Matçda hakim idarəçiliyi haqlı olaraq müzakirə edilir,  müxtəlif fikirlər səsləndirilir, emosiyalar aşıb-daşır. 

Oyundakı epizodları təhlil etməkdən öncə, mövcud durumu şərtləndirən səbəblər araşdırılmalıdır.

Bunlar AFFA-dan qaynaqlanır. Çox geniş mövzudur və ətraflı, yenidən ayrıca analiz olunmalıdır. 

5-6 tur keçib, hakim qalmaqalları pik həddə çatıb. 

VAR sistemi tətbiq ediləndən meydan yaddan çıxıb. Elə təbliğat aparılırdı ki, sistemin həyata keçirilməsi ilə ölkə futbolunda inqilab baş verəcək. Baş verir"...

Açığı, epizodları şərh etmək istəmir insan. Bununla ümumi futboldakı durum dəyişməz! Səbəbsiz deyil. Komandalar böyük ölçüdə müstəqilliyini itirib, əksər klublarda federasiyanın göndərdiyi, dəstək verdiyi rəhbər/rəsmi  "baş üstə"lərdir. Əlləri çatmayanda da mütləq bir-iki nümayəndəni yerləşdirirlər. Rahat dövranlarını sürürlər, sanki, bu hadisələrin onlara aidiyyatı yoxdur. Ortada 22 futbolçu, baş məşqçilər, fanatlar qalır. Onlar da özlərini "pis" aparanda, haqlarını tələb edəndə cəzalandırılırlar, rəsmi olaraq "özünüzü yaxşı  aparın" mesajını göndərirlər. "Günahkar(lar)" olur sözünü deyən jurnalistlər, ekspertlər, azarkeşlər. Cavabdehlər, sinələrini öz klubları üçün önə verməli olanlar gizlənir, ən yaxşı halda "biz daxildə sözümüzü deyirik" deyib aradan çıxırlar... Və sonda günahı olmayanlar  mətbuatda, sosial media/şəbəkələrdə emosiyalara varıb bir-birilərini ittiham edirlər. 

Belə vəziyyət futbolu idarə edənlərə sərf edir. Ara qarışsın, diqqət yayındırılsın, əsl səbəblər yaddan çıxsın.

Hisslərə qapılmadan matça gəldikdə isə, haqlı qərarlar da var, oyunun axarını pozan bağışlanmaz hakim xətaları da...

Oyunun mahiyyətinə, ruhuna varmadan "Sabah"ın futbolçusu A.Baya qətiyyətlə ikinci sarı, ardınca qırmızı kart göstərilirsə, 10 oyunçu ilə görüşün axarını, nəticəsini dəyişən komandanın adi, görülməməsi mümkün olmayan aut rəqibə verilirsə, sonluq da penalti ilə nəticələnirsə, bu fakt idarəçiliyin hansı səviyyədə olduğunu təsdiq etmək üçün kifayətdir. 

Hakim haqsızlığı tək "Qarabağ" - "Sabah" matçında olmayıb, demək olar əksər komandaların lehinə/əleyhinə qərarlar verilib(r), artıq idarəolunmaz, sistematik hal alır...

VAR sistemi, referi, briqada ilə əlaqə geniş müzakirə olunmalı, futbol ictimaiyyətinə izah edilməlidir. Bu, Barış Şimşekin birbaşa vəzifəsidir. Sistemi bilmədən ictimaiyyət arasında şərhlər verilir, fikirlər bildirilir. Hakim haqsızlığı baş versə də, bilmədən belə yanlış yanaşmalar olmamalıdır. Bu hallar təzyiqləri, emosiyaları daha da artırır, onsuz da bərbad durumda olan futbolda daha böyük xaos yaradır.

Hakimlər Komitəsi AFFA-ya tabedir, çempionata cavabdeh isə PFL. Yeni təyinatlar baş verib, oyunlarda təhlükəsizlik, qayda-qanun yüksək səviyyədədir. Əvvəllər de-fakto/de-yure cərəyanları var idisə, hazırda birliyin təmin olunması zamanıdır.

Bunun üçün əməli addımların atılması mütləqdir! Obyektiv təbliğat-təşviqat, maarifləndirmə, problemlərin çözülməsinə yönələn əməli addımlar atılmalı, operativ həll edilməlidir. Əks halda çempionatda qalmaqallar nəinki səngiməyəcək, daha da böyüyəcək!

Son xəbərlər
“Samsunspor” “Rayo Valyekano”ya ilk oyunda uduzdu
“Aston Villa”dan qələbə, Almaniya klublarından məğlubiyyət
Qazaxda ilk çempionlar müəyyənləşdi
Günay Qurbanova yenidən Avropa çempionu oldu
Azərbaycan çempionatında daha 7 çəkidə finalçılar bəlli oldu
Çempionlar Liqasında həftənin ən yaxşısı məlum oldu
Ruzanna Avropa çempionatının finalında
Arbeloa “Mançester Siti”ni keçə bilməsə…
“Karvan-Yevlax”ın 3 legioneri milli komandalara çağırıldı
“Səbail” “Mingəçevir”i məğlub etdi
Hücumçusu “Mançester Siti” ilə yeni müqaviləyə təkid edir
“Ordu” “Sumqayıt”ı, “Naxçıvan” “Sərhdəçi”ni məğlub etdi
Xüsusi Olimpiya Komitəsi və ACF arasında əməkdaşlıq memorandumu imzalandı
“Yuventus” “Tottenhem”in müdafiəçi ilə maraqlanır
“Neftçi” və “Araz-Naxçıvan”dan qələbə
“Abşeron”la “Turan”dan qələbə
“Mançester Siti”nin kapitanı “Yuventus”a qoşula bilər
“Şəfa”da yeni təyinat
Yığmamız Belçikaya böyük hesabla məğlub oldu
Florentino Peres “Mançester Siti”nin ulduzunu Real”da görmək istəyir
Voleybol üzrə Yüksək Liqada pley-off oyunlarının vaxtı müəyyənləşib
“Zirə” – “Qarabağ” matçının hakim təyinatları açıqlandı
“İnter” hücumçusunu satmağa məcbur ola bilər
19 cüdoçumuz üçün Varşava sınağı
Stolüstü tennisçilər Berlin turnirində medal qazandı
“Real”ın qapıçısı A Seriyasına yollana bilər
Azərbaycan boksçuları Budvadan medalla başa qayıdır
Formula 1: Azərbaycan qran-prisi üçün marşal qeydiyyatı başladı
“Yuventus” “Tottenhem”in qapıçısından imtina edə bilər
“Arsenal” “Real”ın müdafiəçisinə göz dikdi
DAHA ÇOX

Ən çox oxunanlar