Futbol
“Fənərbaxça” Qrinvudla müqavilə imzalamaq istəyir
10.06.2024 | 23:00
“Fənərbaxça” “Mançester Yunayted”in vingeri Meyson Qrinvudla maraqlanır.
Sports.az xəbər verir ki, mankunianlılar 22 yaşlı futbolçunu 50 milyon funt-sterlinq (58 milyon avro) məbləğ müqabilində buraxmağa hazırdırlar.
Eyni zamanda, Qrinvudun özünün bir müddət əvvəl “Fənərbaxça”nın sükanı arxasına keçmiş portuqal mütəxəssis Joze Mourinyo ilə işləməkdə maraqlı olmadığı vurğulanır.