Futbol
Naço Fernandes “Əl-İttihad”ın futbolçusu olacaq

15.06.2024 | 13:20
“Real”la müqaviləsi cari ilin iyunun 30-da başa çatacaq, “qaymaqlılar”ın mərkəz müdafiəçisi və kapitanı Naço Fernandes Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu ilə əmək müqaviləsi bağlamağa yaxındır.
Sports.az xəbər verir ki, “Əl-İttihad” 34 yaşlı veteran futbolçuya illik 20 milyon avro maaşla 2 illik müqavilə təklif edir.
Xatırladaq ki, “Real”ın sabiq hücumçusu, fransalı ulduz Kərim Benzema “Əl-İttihad”da çıxış edir.
Son xəbərlər