Roke özünü Flikə sübut etmək istəyir

“Barselona”nın braziliyalı hücumçusu Vitor Roke “blauqrana”nın baş məşqçisi Hans-Diter Flikə əsas heyətdə yer tuta biləcəyini sübut etmək istəyir.

Sports.az xəbər verir ki, 19 yaşlı braziliyalı istedad məzuniyyətini yarımçıq qoyub və artıq Barselonaya qayıdıb.

Bildirilir ki, Roke komandada vacib oyunçu ola biləcəyini alman mütəxəssisə sübut etmək üçün təkbaşına məşqlərə başlayıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar