MY-nin iki aparıcı futbolçusu Ten Haqın məşqçiliyindən narazı olubmuş

“Mançester Yunayted”in braziliyalı dayaq yarımmüdafiəçisi Kazemiro və “qırmızı şeytanlar”ın fransalı sabiq mərkəz müdafiəçisi Rafael Varan mankunianların baş məşqçisi, niderlandlı mütəxəssis Erik ten Haqın idarəetmə tərzindən narazı olublar.

Sports.az xəbər verir ki, Varan, Kazemiro, eləcə də komandanın adları açıqlanmayan bir sıra digər oyunçuları niderlandlı mütəxəssisin onları həddən artıq məlumatla yüklədiyini və onun “mikro idarəçiliyinin” futbolçuların fərdi çıxışına mənfi təsir göstərdiyini düşünüblər.

Varan və Kazemironun öz komanda yoldaşlarına, İspaniyada oynadıqları müddətdə onlara daha çox sərbəstlik verildiyini və belə əsəblə üzləşmədiklərini söylədikləri vurğulanır.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar