Futbol
Erik ten Haq “Mançester Yunayted” qarşısına daha bir şərt qoydu
17.06.2024 | 12:00
“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq “qırmızı şeytanlar”ın transfer siyasətinə təsirini məhdudlaşdırmamaq şərti ilə İngiltərə klubu ilə əmək müqaviləsinin müddətini uzatmağa hazır olacaq.
Sports.az xatırladır ki, bundan əvvəl mətbuatda, “Mançester Yunayted”in yeni həmsahibi Cim Retklifin niderlandlı mütəxəssisin klubun transferlərinə təsirini məhdudlaşdırmaq niyyətində olduğu barədə məlumat yayılıb.
“Qırmızı şeytanlar”ın rəhbəri hesab edir ki, Ten Haq daha çox məşqçiliyə diqqət yetirməlidir.