MY-nin yayda satmayacağı futbolçuları məlum oldu

“Mançester Yunayted” rəhbərliyi transfer təkliflərini qətiyyən nəzərə almayacağı oyunçular dairəsini müəyyənləşdirib.

Sports.az xərər verir ki, bu futbolçular arasında qapıçı Andre Onana, müdafiəçilər Lisandro Martines və Dioqo Dalo, həmçinin yarımmüdafiəçi Kobbi Meynu, hücumçular Alexandro Qarnaço və Rasmus Höylund var.

“Qırmızı şeytanlar”ın hətta, Səudiyyə Ərəbistanı klublarının maraqlandığı, komandanın kapitanı, portuqal yarımmüdafiəçi Bruno Fernandesə görə də təklifləri nəzərdən keçirməyə hazır olduğu vurğulanır. Bununla belə, mankunianlıların 29 yaşlı portuqal futbolçu ilə əmək müqaviləsinin müddətini uzadacağı ehtimalı daha yüksəkdir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar