Futbol
Kolumbiyalı yarımmüdafiəçi Xames Rodriges gələcəyi haqda danışdı
18.06.2024 | 21:00
Kolumbiya yığmasının və “San-Paulu”nun 32 yaşlı hücumameyilli yarımmüdafiəçisi Xames Rodriges “Boka Xuniors”a keçə biləcəyi ilə bağlı yayılan söz-söhbətləri cavablandırıb.
Sports.az kolumbiyalı futbolçunun bu barədə cavabını təqdim edir:
“Mən indi “Boka Xuniors” ilə müqavilə imzalamağı və ya Argentinaya köçməyi planlaşdırmıram. Bütün diqqətimi Amerika Kubokuna vermişəm və bundan sonra gələcəyimə qərar verəcəyəm”, deyə Rodriges vurğulayıb.