Futbol
Fransa Futbol Federasiyasının prezidenti Kilian Mbappenin zədəsindən danışdı
18.06.2024 | 23:05
Fransa Futbol Federasiyasının (FFF) prezidenti Filipp Diallo Fransa yığmasının ulduz hücumçusu və kapitanı Kilian Mbappenin AÇ-2024-də Avstriya ilə oyunda (1:) zədələnməsindən danışıb.
Sports.az Diallonun bu barədə fikirlərini təqdim edir:
“Xəbərlər olduqca ümidverici idi, çünki biz əməliyyatdan danışmırıq. Onun yarışın qalan hissəsində iştirakına gəlincə, vaxtını açıqlamaq hələ tezdir”, deyə Diallo vurğulayıb.