Futbol
Mbappenin xəstəxanaya yerləşdirildikdən sonra müayinəsinin ilk nəticələri məlum oldu
18.06.2024 | 23:25
Fransa yığmasının hücumçusu Kilian Mbappenin Avstriya yığması ilə oyunda (1:0) burnundan aldığı ciddi zədədən sonra, Düsseldorf xəstəxanasında aparılmış müayinəsinin ilk nəticələri nikbin olub.
Sports.az xəbər verir ki, əvvəllər planlaşdırıldığından fərqli, Mbappe üzərində cərrahi əməliyyatın keçirilməməsinə qərar verilib.
Hücumçu xəstəxananı tərk edib və hətta məşqçilər qərargahı müvafiq qərar verərsə, Niderland yığması ilə növbəti oyun üçün komandaya qoşula bilər.
Xatırladaq ki, Avstriya yığması ilə oyunun 86-cı dəqiqəsində Mbappe rəqib müdafiəçi Kevin Danso ilə hava mübarizəsi zamanı burnunu sındırıb. Bundan sonra ulduz hücumçu əvəz edilib və daha sonra dərhal Düsseldorfdakı xəstəxanalardan birinə çatdırılıb.