“Real” Karvaxal üçün yeni müqavilə hazırlayır

“Real” “qaymaqlılar”ın 32 yaşlı ispan sağ cinah müdafiəçisi Daniel Karvaxal ilə 2025-ci ilin yayında başa çatacaq əmək müqaviləsinin müddətini uzatmağa hazırdır.

Sports.az xəbər verir ki, “qaymaqlılar” Karvaxala daha bir mövsüm üçün müqavilənin müddətinin uzadılmasını təklif etmək niyyətindədirlər.

Amma vurğulanır ki, hazırda Madrid klubunun rəhbərliyi əvvəlcə, xorvat yarımmüdafiəçi Luka Modriç və ispan müdafiəçi Lukas Vaskesin əmək müqavilələrinin müddətinin uzadılması ilə bağlı vəziyyəti həll etmək istəyir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar