Futbol
“Real” Mbappenin sınıq burnunu müalicə etdirmək istəyində deyil
19.06.2024 | 09:30
“Real”, yeni futbolçusu, fransalı ulduz hücumçu Kilian Mbappenin AÇ-2024-ün qrup mərhələsinin 1-ci turunun Avstriya yığması ilə oyununda (0:1) burnunu sındırmasından son dərəcə narahatdır.
Sports.az xəbər verir ki, bu barədə “qaymaqlılar”ın düşərgəsindən məlumat sızdırılıb:
“Biz Kilianın zədəsindən narahatıq, amma iyulun 1-dək o, rəsmi olaraq bizim oyunçumuz deyil. Fransa yığması Avropa çempionatında olduğundan, onların “Real”ın maraqlarını deyil, öz maraqlarını düşünməsi təbiidir. O vaxta qədər bizim əl-ayağımız bağlıdır”, – “Real” düşərgəsindən mətbuata sızdırılmış məlumatda deyilir.