Futbol
Mbappenin Niderland yığmasına qarşı oynamaq ehtimalı azdır
19.06.2024 | 11:40
Burnu sınmış surətdə zədələnmiş, Fransa yığmasının hücumçusu və kapitanı Kilian Mbappenin AÇ-2024-ün qrup mərhələsinin 2-ci turunun Niderland yığması ilə oyununda meydana çıxmaq ehtimalı azdır.
Sports.az xəbər verir ki, buna rəğmən, lazım gələrsə, Mbappe qrup mərhələsinin sonuncu, 3-cü turunda Polşa yığması ilə oyuna çıxa bilər.
Həmçinin vurğulanır ki, Mbappe qrup mərhələsinin yerdə qalan bu iki oyununu ümumiyyətlə buraxa da bilər.