Abaskal rəsmən “Qranada”da

İspan mütəxəssis Gilyermo Abaskal bu gün İspaniyanın “Qranada” klubu ilə müqavilə imzalayıb.

Sports.az xəbər verir ki, mütəxəssislə klub arasında müqavilə, klubun La Liqaya daxil olacağı təqdirdə daha 12 ay uzadılması seçimi ilə 1 il müddətinə qüvvədə olacaq.

Abaskal 2022-ci ilin yayından bu ilin aprelinə qədər Rusiyanın "Spartak" (Moskva) komandasının baş məşqçisi vəzifəsində çalışıb. "Qranada"nın son baş məşqçisi isə Xose Ramon Sandoval olub. Komanda La Liqanın son mövsümündə 20-ci yeri tutub və aşağı liqaya düşüb.

Xatırladaq ki, daha əvvəl Abaskalın İtaliyanın “Udineze” klubunun komandasında baş məşqçi vəzifəsinə namizədlərdən biri olduğu bildirilirdi.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar