“Əl-Hilal”ın rəhbəri Messiyə çılğın maliyyə təklifindən danışdı

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun prezidenti Anmar Əl-Heyli 2023-cü ildə argentinalı ulduz hücumçu Lionel Messi ilə danışıqlardan danışıb.

Sports.az ərəb iş adamının bu barədə xatirəsini təqdim edir:

“Biz əslində Messi ilə PSJ-dəki müqaviləsinin sonunda əlaqə saxlamışdıq. Biz ona 1,4 milyard avro təklif etdik, amma ailəsi Amerikanı istədiyi üçün “Leo” imtina etdi. Təəccüblüdür ki, futbolçu ailəsi naminə belə böyük təklifdən imtina edə bildi. O, tərəddüd etmədən imtina etdi. Biz buna hörmət edirik, çünki ailə puldan daha vacibdir”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar