“Bellingem şübhəsiz, ilin oyunçusu adı və “Qızıl top” uğrunda mübarizə aparacaq”

Braziliya millisinin əfsanəsi Kaka “Real”ın ingilis yarımmüdafiəçisi Cud Bellingemin oyun səviyyəsi ilə bağlı fikirlərini paylaşıb.

Sports.az Kakanın bu barədə fikirlərini təqdim edir:

“Bellingem inanılmazdır. O, çox yaxşı oyunçudur. Çox gəncdir, amma meydanda yetkin görünür. Oyunu yaxşı oxuyur və onun yaşındakı oyunçudan gözlədiyiniz qədər əsəbi görünmür. O, uzağa gedəcək və əlbəttə ki, ilin oyunçusu adı və “Qızıl top” uğrunda mübarizə aparacaq”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar