“Atletiko Mineyro” Xunior Alonsonun keçidini razılaşdırdı

“Krasnodar”ın mərkəz müdafiəçisi Xunior Alonso tezliklə “Atletiko Mineyro”nun futbolçusu olacaq.

Sports.az xəbər verir ki, Braziliya klubu futbolçunun transferi ilə bağlı razılığa gəlib və yaxın günlərdə Alonsonun transferini açıqlaması gözlənilir.

“Atletiko Mineiro” Xunior Alonso müqabilində “Krasnodar”a 6 milyon Braziliya realı məbləğində ödəniş edəcək ki, bu da öz növbəsində 1,1 milyon avro məbləğə bərabərdir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar