“Aston Villa” Matseni ələ keçirdi

“Aston Villa” ötən mövsümün ikinci yarısını icarə əsasında Dortmund “Borussiya”sında keçirmiş müdafiəçi Yan Matsenin transferi ilə bağlı “Çelsi” ilə razılığa gəlib.

Sports.az xəbər verir ki, “zadəganlar”ın alman klubundan almaq istədiyi 35 milyon avro məbləğdən də aşağı qiymətə “Çelsi” Matseni “Aston Villa”ya satacaq, çünki London klubu “şirlər”dən oyunçu almaqda maraqlıdır.

Daha əvvəl “Borussiya”nın da Matseni tamhüquqlu əsasda almaq istədiyi bildirilirdi.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar