Futbol
Abaskal özünə xasiyyətnamə verdi
20.06.2024 | 22:40
“Qranada”nın yeni baş məşqçisi Gilyermo Abaskal yeni komandası haqqında danışıb və özünə ikicə kəlmə ilə xasiyyətnamə verib.
Sports.az ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Özümü təsvir etmək üçün hansı iki sözdən istifadə edə bilərəm? Duyğular və ehtiraslar. Uzun illərdir ki, məşqçilər qərargahımla işləyirəm. “Qranada”nın kimliyi, komandanın bunu meydanda əks etdirməsi, özünü bütün şəhərlə eyniləşdirməsi xoşuma gəlir. Azarkeşlər öz komandalarını izləməyə gələndə bunu maraqlı tamaşa görmək üçün edirlər. Həm də bilmək istəyirlər ki, komanda həmişə qələbə üçün mübarizə aparır”.