“Real” 2025-ci ildə Karvaxalın yerinə iki namizəd tapıb

“Real”ın və İspaniya yığmasının müdafiəçisi Daniel Karvaxal 2024/2025-ci illər mövsümünün sonunda “Kral klubu”nu tərk edə bilər.

Sports.az xəbər verir ki, Madrid klubu müdafiəçi ilə gələn ilin yayında başa çatacaq müqaviləsinin müddəyini hələ də uzatmayıb, ona görə də Karvaxalla razılıq əldə oluna bilməyəcəyi təqdirdə mümkün seçimləri nəzərdən keçirir.

Bildirilir ki, PSJ-dən mərakeşli Əşrəf Hakiminin Madrid klubuna qaytarılması üçün rəhbərliyin təmasları var. “Qaymaqlılar”ın qısa siyahısında ikinci seçim “Çelsi”nin cinah müdafiəçisi Ris Ceymsdir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar