Futbol
Mbappe Fransa yığmasının məşqində qoruyucu üz maskasını sınaqdan keçirdi
20.06.2024 | 23:15
AÇ-2024-ün qrup mərhələsinin 1-ci turunda Avstriya yığması ilə oyununda (0:1) burnunu sındırmış, Fransa yığmasının hücumçusu Kilian Mbappe yarışın 2-ci turunun Niderland yığması ilə iyunun 21-də keçiriləcək oyunu öncəsi son məşqində, xüsusi qoruyucu üz maskasını sınaqdan keçirib.
Sports.az xəbər verir ki, fransalı futbolçunun özü bu oyunda iştirak etmək arzusunu ifadə edir.
Amma Mbappenin Niderland yığmasınıa qarşı oynayıb-oynamayacağı ilə bağlı yekun qərarın nə vaxt veriləcəyi hələ məlum deyil.