Futbol
Rabyonun anası oğlunun “Yuventus”la müqaviləsini yeniləməsinə mane ola bilər
21.06.2024 | 23:42
“Yuventus”un yarımmüdafiəçisi Adrien Rabyonun anası və agenti olan Veronik Rabyo, oğlunun 2024-cü il iyunun 30-da başa çatacaq müqaviləsinin müddətini uzatmaq üçün Turin klubundan haqq tələb edib.
Sports.az xəbər verir ki, “Yuventus” daha əvvəl 29 yaşlı fransız yarımmüdafiəçiyə illik 8 milyon avro məbləğiində maaşla əmək müqaviləsi təklif edib.
Turin klubunun Rabyo ilə müqavilənin müddətini uzatmaq üçün müəyyən məbləğdə haqq ödəmək istəmədiyi vurğulanır. Belə olan halda tərəflər yollarını ayıra bilərlər.