“Ten Haqın “Mançester Yunayted”də qalmasına şadam”

“Mançester Yunayted”in 19 yaşlı yarımmüdafiəçisi Kobbi Meynu bu komandanın baş məşqçisi, niderlandlı mütəxəssis Erik ten Haqın “qırmızı şeytanlar”ın düşərgəsində qalacağı xəbərinə münasibətini açıqlayıb.

Sports.az ingilis futbolçunun bu barədə fikirlərini təqdim edir:

“Aydındır ki, onun işləməyə davam edəcəyinə şadam. Onun artıq iki kuboku var, ümidvaram ki, daha çox olacaq. Növbəti mövsümdə hansı məşqçi ilə çalışacağınızı bilməkdən ötrü rahatlıq əldə etmək xoşdur”, deyə gənc futbolçu vurğulayıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar