Futbol
Brantueytin “Mançester Yunayted”ə keçidi baş tutmaya bilər
22.06.2024 | 23:15
“Mançester Yunayted”, “Everton”un Carred Brantueytin transfer haqqı ilə bağlı güzəştə getmək istəmədiyi təqdirdə, bu sövdələşmə ilə bağlı danışıqlardan tezliklə imtina edəcək.
Sports.az xəbər verir ki, mankunianlılar “Everton”a 35 milyon funt-sterlinq (41 milyon avro) məbləğ və üstəgəl 8 milyon funt-sterlinq (9 milyon avro) əlavə üstəlik təklif edirlər.
Öz növbəsində, “qənnadçı”lar 21 yaşlı müdafiəçi müqabilində 70 milyon funt-sterlinq (82 milyon avro) məbləğ tələb edirlər.
“Mançester Yunayted”in bu yay bir oyunçu üçün 70 milyon funt-sterlinq (82 milyon avro) məbləğ xərcləyə bilməyəcəyini “Everton”a bildirdiyi də vurğulanır.