Raşford “Mançester Yunayted”i tərk etmək niyyətində deyil

“Mançester Yunayted”in ingilis vingeri Markus Raşford ötən mövsümü heç də ən yaxşı səviyyədə keçirmədiyini anlayır və komandanın baş məşqçisi, niderlandlı mütəxəssis Erik ten Haqa yaxşı formada ola biləcəyini sübut etmək ümidi ilə “qırmızı şeytanlar”dan ayrılmaq istəmir.

Sports.az xəbər verir ki, futbolçuya yaxın mənbə, Raşfordun keçən mövsümdə yaranmış fikir ayrılıqlarına rəğmən, Ten Haqın “Mançester Yunayted”də işləməyə davam edəcəyi xəbərini nikbin qəbul etdiyini bildirib.

Raşford həmçinin Ten Haqın ona dəyər verdiyini anlayır. Məsələn, əks halda, ötən mövsüm baş vermiş hadisəyə – Raşfordun gecə barlarında əylənib məşqi buraxması müqabilində digər məşqçi onu trasnferə çıxara bilərdi.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar