Kimmix bu yay “Bayern”i tərk edə bilər

“Bayern”in alman yarımmüdafiəçisi Yozua Kimmix bu yay Münhen klubunu tərk edə bilər.

Sports.az xəbər verir ki, futbolçu Münhen klubundakı gələcəyi ilə bağlı qərarını Avropa çempionatı başa çatdıqdan sonra verəcək.

Kimmixin 2025-ci ildə başa çatacaq müqaviləsinin müddətinin uzadılmasının hazırda mümkün olmadığı güman edilir.

Həmçinin bildirilir ki, “Bayern” bu yay Kimmixi satmağa hazırdır. Futbolçunun özü də karyerasını davam etdirmək üçün yeni klub tapmaqda maraqlıdır.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar