Kimmix “Bayern”dən ayrılmaq fikrində deyil

“Bayern”in alman yarımmüdafiəçisi Yozua Kimmix Münhen klubundan ayrılmağı düşünmür.

Sports.az xəbər verir ki, alman yarımmüdafiəçi sərfəli mövqedə olduğunu bilir və gələn yay “Bayern”lə müqaviləsi başa çatdıqdan sonra, yüksək səviyyəli klub tapmaq üçün yaxşı perspektivlərə malikdir.

Əgər Kimmix Münhen klubunu havayı tərk etsə, əla imza üstəliyinə bel bağlaya bilər. Bununla belə, “Bayern” Kimmixi bu yay satmağı istisna etmir. Münhen klubu xərcləri azaltmağa çalışır, belə ki, Kimmix ən yüksək maaş alan futbolçulardan biridir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar