Yaka Biyol “İnter”ə keçə bilər

“Udineze”nin və Sloveniya yığmasının müdafiəçisi Yaka Biyol karyerasını “İnter”də davam etdirə bilər.

Sports.az xəbər verir ki, Sloveniya yığması ilə AÇ-2024-ün ⅛ final mərhələsinə yüksəlmiş müdafiəçi ilə “neradzurri” ciddi maraqlanır.

Hazırda Biyol diqqətini yığma komandaya yönəldib. Mümkün keçid haqda danışıqların Sloveniya yığmasının AÇ-də iştirakını başa vurmasından sonra həyata keçiriləcəyi təxmin edilir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar