Koutinyo “Vasko da Qama”ya qayıdacaq

“Aston Villa”nın braziliyalı yarımmüdafiəçisi Filipe Koutinyo karyerasını “Vasko da Qama”da davam etdirəcək.

Sports.az xəbər verir ki, Koutinyo Braziliya klubu ilə müqaviləsini razılaşdırıb və “Aston Villa” ilə müqaviləsinin tam ləğvini gözləyir.

İngiltərə klubu özü futbolçunun komandadan getməsinə icazə verib.

Xatırladaq ki, 32 yaşlı Koutinyo “Vasko da Qama”nın məzunudur.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar