Arrisabalaqanın “Real”dakı gələcəyi ilə bağlı xüsus məlum oldu

Ötən mövsümü icarə əsasında “Real”da keçirmiş, “Çelsi”nin ispan qapıçısı Kepa Arrisabalaqa tamhüquqlu əsasda Madrid klubunda qala bilər.

Sports.az xəbər verir ki, Kepanın gələcəyi son həftələr “Real” rəhbərliyi tərəfindən müzakirə edilib.

Qapıçı özü Madriddə qalmaq istərdi, amma bu mərhələdə “Real” onun satın alınması üçün heç bir təşəbbüs göstərməyib.
Bununla yanaşı, rəhbərlik gizlətmir ki, ukraynalı qapıçı Andrey Lunin karyerasını başqa yerdə davam etdirmək istədiyini bildirsə, “Real” Kepanın satın alınması seçimini fəallaşdıra bilər.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar