PSJ “Barselona”ya 250 milyon avro məbləğ ödəməyə hazırdır

PSJ “Barselona”nın 16 yaşlı vingeri Lamin Yamalın alınması müqabilində Kataloniya klubuna 250 milyon avro məbləğ təklif etməyə hazırdır.

Sports.az xəbər verir ki, “Barselona” heç bir halda Yamalla ayrılmağa hazır deyil, Fransa nəhəngi isə nəyin bahasına olsa da, təki Yamalı heyətinə qatmaq niyyətindədir.

Xatırladaq ki, mart ayında “Barselona”nın prezidenti Joan Laporta PSJ-nin Yamal müqabilində 200 milyon avro məbləğ təklif etdiyini, amma müvafiq təklifin rədd edildiyini bildirmişdi.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar