Lunin “Real”la müqaviləsini yeniləməyəcək

“Real”ın 25 yaşlı ukraynalı qapıçısı Andrey Lunin “qaymaqlılar”la müddəti 2025-ci ilin yayında başa çatacaq müqaviləsini yeniləməmək qərarına gəlib.

Sports.az xəbər verir ki, “Real”, ukraynalı qapıçının iştirak etmədiyi ötən mövsüm Çempionlar Liqasının finalından sonra komandasını dəyişmək istədiyini anlayıb.

Eyni zamanda, Madrid klubu, Luninin müqaviləsinin müddəti bitənə qədər komandanı tərk etməməsini istəyir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar