Lunin PSJ-yə keçə bilər

“Real”ın ukraynalı qapıçısı Andrey Lunin PSJ-nin maraq dairəsindədir.

Sports.az xəbər verir ki, Madrid klubu, belçikalı qapıçı Tibo Kurtuanın zədədən qayıtması ilə Lunini yenidən ikinci qapıçı olmağa məcbur edəcəyini anlayır.

Bu, Lunini başqa kluba keçmək barədə düşünməyə vadar edir. Əgr Lunin yeni müqavilə imzalamasa, yayda transferə çıxarılacaq.

PSJ bu vəziyyətdən istifadə etmək istəyir və ukraynalı futbolçunu dəvət etməyi düşünür. Parislilər vəziyyəti diqqətlə izləyirlər. Buna italyan qapıçı Canluici Donnarummanın qeyri-sabit çıxışı və komandanın digər, ispan qapıçısı Arnau Tenasın mümkün gedişi təsir edir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar