Futbol
“Bayern” rəhbərliyi Kimmixin sənədli filmindən inciyib
02.07.2024 | 14:00
Almaniya çempionu “Bayern” rəhbərliyi Münhen klubunun alman yarımmüdafiəçisi Yozua Kimmixlə bağlı bu yaxınlarda yayımlanmış sənədli filmdən narazı qalıb.
Sports.az xəbər verir ki, filmdə Kimmix 2021-ci ilin oktyabrında koronavirus infeksiyasına qarşı peyvənd almaq niyyətində olmadığını elan edərkən, “Bayern”dən dəstək almamasından üzüldüyünü dilə gətirib:
“Uzun müddət özümü tək-tənha hiss etdim. Artıq yeddi ilə yaxındır ki, klubdayam, ətrafımda isə elə də çox qalmaqallar olmayıb. Bu, ilk tənəzzül idi. Məhz o zaman klubun qarşılığını gördüm və məyus oldum və incidim”.