Poqba böyük futbola qayıdışı imkanlarını qiymətləndirdi

İtaliyanın “Yuventus” klubunun fransalı yarımmüdafiəçisi, dopinq qəbuluna görə 4 illik müddətə futboldan kənarlaşdırılmış Pol Poqba gələcəyi ilə bağlı sualı cavablayıb.

Sports.az Poqbanın bu barədə cavabını təqdim edir:

“Mən heç vaxt futbola xitam verdiyimi deməmişəm. Oynamağı dayandırmaq istəmirəm. Haqsızlığın qurbanı oldum, amma yenə də qayıtmaq imkanım var. Məşqə davam edirəm, özümü hələ də futbolçu olaraq hiss edirəm. Hələ də “Yuventus”la müqaviləm var. Hələ direktor və məşqçi ilə əlaqə saxlamamışam – düşünürəm ki, müraciətimi gözləyirlər. Biz nikbin qalmalıyıq”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar